bu-teskilatlarda-calisan-iscilerin-maasi-artib-siyahi

Bu təşkilatlarda çalışan işçilərin maaşı artıb - SİYAHI

Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişikliklər edilib.

İnsider.az xəbər verir ki, dəyişikliklərə əsasən, bir sıra təşkilatlarda çalışan işçilərinin maaşları artıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun işçilərinin aylıq vəzifə maaşları artırılaraq aşağıdakı kimi olub:

Azərbaycanda Atatürk Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları artırılıb.
Qeyd edək ki, Atatürk Mərkəzinin müdiri Milli Məclisinin deputatı, Bakı Dövlət Universitetinin (BDU) Ümumi dilçilik kafedrasının müdiri Nizami Cəfərovdur. 

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin işçilərinin maaşları artırılıb
Dəyişikliyə əsasən, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları artırılaraq aşağıdakı kimi olub:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin aylıq vəzifə maaşları artırılıb.
Dəyişikliyə əsasən, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun aylıq vəzifə maaşı 1265 manatdan 1710 manatadək artırılıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları artırılıb.
Dəyişikliklə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin
aylıq vəzifə maaşları artırılaraq aşağıdakı kimi olub:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nəzdindəki dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin işçilərinin aylıq vəzifə maaşları artırılıb.
Dəyişikliyə əsasən, “Məzun evi” Sosial Müəssisəsinin işçilərinin aylıq vəzifə maaşları aşağıdakı kimi olub: 

Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları artırılıb.
Dəyişikliyə əsasən, Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları artırılaraq aşağıdakı kimi olub:

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin işçilərinin aylıq vəzifə maaşları artırılıb.
Dəyişikliyə əsasən, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin işçilərinin aylıq vəzifə maaşları artırılaraq aşağıdakı kimi olub:

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları artırılıb. Qeyd edək ki, Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanovdur.
Dəyişikliyə əsasən, Milli Kulinariya Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları artırılaraq aşağıdakı kimi olub: