Tibbi göstərişlər olmadan D vitaminin qəbulu böyrəklərin sıradan çıxmasına gətirib çıxarır.
İnsider.az bu barədə “CMAJ”-a istinadla xəbər verir ki, belə nəticəyə kanadalı alimlər gəliblər.
Misal kimi onlar səhhətinə görə şikayətlərilə həkimlərə müraciət etmiş 54 yaşlı kanadalının hadisəsini göstərirlər.
İlkin təhlillər onda heç bir patologiya aşkar etməyib, lakin daha ətraflı müayinə zamanı həkimlər kişinin qanında yüksək dozda kalsium və paratirin (onun çıxarılmasına səbəb olan hormon) aşkar ediblər. Mütəxəssislər xatırlayıblar ki, eyni hal yüksək miqdarda vitamin D qəbulunda da baş verə bilir.
Bir qədər sonra pasiyentin tanışının məsləhətilə vitamini üç il boyu qəbul etdiyi məlum olub. Lakin kəskinləşmə onun istirahət vaxtı çimərlikdə uzun müddət keçirdiyi vaxt baş verib. Orada günəşə görə onun orqanizmindəki D vitamininin midarı qat-qat artıb.
İndi isə uzun və bahalı müalicədən sonra kişinin üçüncü mərhələ xroniki böyrək xəstəliyi yaşadığı deyilir.
Samirə Məmmədova