bu-yay-avropa-tarixinde-en-isti-fesil-olub

Bu yay Avropa tarixində ən isti fəsil olub

Bu yay Avropada meteoroloji müşahidələr tarixində ən isti yay fəsli olub.

Bu barədə Yerin Zondlanması üzrə Avropa Kosmik Proqramı “Kopernik”in hesabatında məlumat verilib.

Bildirilib ki, öncəki rekord 2021-cil in yayında qeydə alınıb. Lakin 2022-ci ilin istiləri ötənilkiləri üstələyib.

Kopernikin fikrincə, Avropada quraqlıq rekord həddə çatıb. Yağıntıların olmaması səbəbindən bitki örtüyünün dəyişməsini qitənin müxtəlif bölgələrinin peyk şəkilləri bunu sübut edir.

Hesabatda vurğulanır ki, Avropa qitəsində istiləşmə ilə bağlı təbii fəlakətlərin sayı artıb. Belə ki, 2022-ci ildə Avropa İttifaqının bütün ərazisinin yarısı quraqlıq və meşə yanğınlarından əziyyət çəkib.

Avropa ölkələrini bürüyən quraqlığın 2022-ci ilin noyabrına qədər davam edəcəyi bildirilib.