Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə sentyabrın 10-11-də Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 75-208-ci kilometrində (Bakı şəhəri istiqamətində), həmçinin Nərimanov rayonunun Aşıq Molla Cümə küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri davam etdiriləcək.
İnsider.az xəbər verir ki, bu barədə "AZƏRTAC"-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Sürücülərdən sözügedən ərazilərdə müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.