Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı-Ələt-Qazax Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bayraq Meydanı ərazisindən başlayaraq 120-ci kilometrlik hissəsinədək olan ərazidə nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.
İnsider.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, bundan başqa, paytaxtın Sabunçu rayonunun Yavər Əliyev və Asif Əsədullayev küçələrində axşam saatlarınadək, Yasamal rayonunun İnşaatçılar prospektində, həmçinin İzmir və Bakıxanov küçələrində axşam saat 22:00-dan mayın 15-i səhər saatlarınadək üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
Sürücülərdən göstərilən saatlarda sözügedən yollarda diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.