2019-cu ilin birinci yarısında, Almaniyada federal dövlət, əyalətlər və bələdiyyələri əhatə edən büdcəsində artıqlıq (profisit) 45,3 milyard avro təşkil edib
İnsider.az xəbər verir ki, Almaniya Federal Statistika Ofisinin (Destatis) açıqladığı məlumatlara görə, 45,3 milyard avroluq profisit
cari qiymətlərlə (aktual bazar qiymətləri) Ümumi Daxili Məhsulun (ÜDM) 2,7%-nə bərabərdir.
Büdcə gəlirləri 3,2% artaraq 791,8 milyard avro, xərcləri 4,3% artımla 746,5 milyard avro təşkil edib.
Beləliklə, federal dövlət, əyalətlər və bələdiyyələri əhatə edən büdcənin artığı 45,3 milyard avro təşkil edib.
Büdcə gəlirlərinin 415,4 milyard avrosu vergi gəlirlərindən ibarət olub və bu kateqoriya gəlirlər keçən ilin eyni dövrünə nisbətən 2,8 faiz artmışdır.