2020-ci il üçün ədəbiyyat sahəsində Buker mükafatının sahibi bəlli olub. Bu, “Shuggie Bain” debüt romanı ilə namizəd göstərilən Duqlas Stüartdır.
Bu barədə “Kommersant” xəbər yayıb.
Roman 1980-ci illərdə Qlazqoda kasıb bir oğlan uşağının böyüməsindən bəhs edir. Qəhrəmanın anası alkoqolizmdən əziyyət çəkir.
Əsər yazıçının alkoqolizmdən əziyyət çəkən anasına həsr edilib. Stüart 16 yaşında olanda anası vəfat edib.
44 yaşlı D.Stüart Buker mükafatını alan ikinci şotlanddır. Bundan əvvəl, “How late it was, how late” romanına görə Ceyms Kelman (1994-cü il) bu mükafata layiq görülmüşdü.