bulvardaki-41-mertebeli-tikintinin-icazesi-alindi

Bulvardakı 41 mərtəbəli tikintinin - İCAZƏSİ ALINDI

Nazirlər Kabineti Bakının Dənizkənarı bulvarında artıq beş ildir tikilən “Aypara sarayı və şəhərciyi” ( Crescent ) kompleksinin inşasına icazənin verilməsinə dair göstəriş verib.

İnsider.az xəbər verir ki, Crescent kompleksi ayrıca qüllə, yaşayış binası, ticarət mərkəzi və biznes mərkəzdən ibarətdir. Dörd layihəyə əsasən, bu binanın ümumi sahəsi  43201.0 (m2)  kvadrat metrdir. 

Xatırladaq ki, müxtəlif fasilələrlə tikinti 5 ildir ki, davam edir.Tikintilərin Dövlət Reyestrinin məlumatına görə, Nazirlər Kabineti onun tikintisinə icazəni bu ilin iyulun 27-də verib.