bulvarin-nizamname-kapitali-milyonlarla-manat-azaldildi

Bulvarın nizamnamə kapitalı milyonlarla manat AZALDILDI

Dənizkənarı Bulvar İdarəsinə məxsus “Dənizkənarı Milli Park” MMC nizamnamə kapitalını 6 211 020 manat azaldaraq 10 manata endirdiyini elan edib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verilir.

Dövlət şirkətinin kapitalı 2020-ci ilin yanvar ayında kəskin artırılmışdı.

Xatırladaq ki, “Dənizkənarı Milli Park” 2008-ci ildə yaradılıb.

Report