Bu gün "Buta Airways"in J2-9103 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen Hava Limanı) reysini həyata keçirən hava gəmisinin kapitanı Ankaranın Esenboğa Beynəlxalq Hava Limanında (ESB) enib.
Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağıbüdcəli törəməsi “Buta Airways” dən bildirilib.
Məlumata görə, Sabiha Gökçen aeroportu əlverişsiz hava şəraiti ilə əlaqədar təyyarələrin gəliş-gedişinə müvəqqəti məhdudiyyətlər tətbiq edib. Təyyarə yerli vaxt ilə saat 11:52-də uğurlu eniş edib.
Sabiha Gökçen Hava Limanı icazə verəcəyi təqdirdə təyyarə İstanbula yola düşəcək.
Report