Koronavirus pandemiyası səbəbindən dünya ölkələrinin üçdə ikisində maaşlar azalıb və ya əvvəlkindən daha yavaş artıb.
İnsider.az xəbər verir ki, bu barədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) hesabatında deyilir.
Böhran xüsusilə qadınların və az maaş alan işçilərin qazanclarına təsir edib.
Hesabatda deyilir ki, artan bərabərsizlik qlobal yoxsulluğa gətirib çıxarır.
Məşğulluğun qorunması üçün təsirli tədbirlərin alındığı ölkələrdə böhran kütləvi ixtisarlarda yox, maaşların aşağı düşməsində ifadə edildi.
Subsidiyasız orta qazanc, demək olar ki, 6,5 faiz azalıb. Bununla belə, mütəxəssislər dövlətdən gələn yardımların bu məbləğin 40 faizini kompensasiya etdiyini söyləyirlər.