Dünyada birbaşa xarici investisiyaların təxminən 15 trilyon dolları saxtadır.
İnsider.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondu və Kopenqagen universitetinin birgə araşdırmasında deyilir.
Bu məbləği Çin və Almaniyanın illik ÜDM həcmilə müqayisə etmək olar.
Qeyd olunur ki, saxta birbaşa xarici investisiyalar birbaşa investisiyaların dünyadakı ümumi həcmindən, demək olar, 40% təşkil edir – bu məbləğ təxminən on ilə 10% artıb.
Araşdırmada qeyd olunduğu kimi, saxta birbaşa xarici investisiyaların əhəmiyyətli hissəsi geniş tanınan vergi sığınacaqlarında – Lüksemburqda, Niderlandda (bu iki ölkədə saxta birbaşa xarici investisiyaların, demək olar, yarsı cəmlənib), Honkonqda, Britaniya Vircin adalarında, Bermud adalarında, Kayman adalarında, İsveçrədə, İrlandiyada və Mavrikiyada – cəmlənib. Ekspertlər qeyd edir ki, saxta birbaşa xarici investisiyaların məhz bu yerlərdə cəmlənməsi əsasən düşünülmüş siyasi strategiya ilə bağlıdır. Bu strategiyanın mahiyyəti sıfır və ya olduqca aşağı korporativ vergi stavkası sayəsində mümkün qədər çox xarici investisiya cəlb etməkdir.
Araşdırma müəllifləri misal kimi 600 min nəfər əhalisi olan Lüksemburqu gətirirlər – burada, rəsmi statistikaya sasən, birbaşa xarici investisiyaların həcmi istehsalat həcminə uyğun gəlməyən məbləğ kimi ildə 4 trilyon dollar (və ya adambaşına 6,6 min dollar) təşkil edir.
Təhqiqatçılar qeyd edir ki, saxta birbaşa xarici investisiyaların əsas hissəsinin kiçik ölkə qrupunda cəmləndiyinə baxmayaraq, bu fenomen bütün iqtisadiyyatlara xasdır. Bir çox ölkələr xaricdəki boş şirkətlərə sərmayə qoyub onlardan əhəmiyyətli investisiyalar əldə edirlər.
Samirə Məmmədova