bvf-pakistana-6-milyard-dollar-kredit-verecek

BVF Pakistana 6 milyard dollar kredit verəcək

Beynəlxalq Valyuta Fondu (BVF) Pakistana 39 ay müddətinə verəcəyi 6 milyard dollarlıq krediti təsdiqlədiyini açıqlayıb.

İnsider.az xəbər verir ki, BVF-nin məlumatına görə, Pakistanın iqtisadi islahat proqramının dəstəklənməsi üçün veriləcək kreditinin hər biri 2 milyard dollar olan 3 tranşla ödənəcəyi bildirilib.

Kredit ilə Pakistan iqtisadiyyatının möhkəmləndirilməsi, davamlı inkişafın təmin olunması və dövlət borcunun azaldılması hədəflənir. Açıqlamada, "Rəqabəti artırmaq, rəsmi ehtiyatları yenidən yaratmaq, bazarda müəyyən edilən çevik bir valyuta məzənnəsi yaratmaq, enerji sektorundakı maliyyə itkilərini aradan qaldırmaq, qurumları gücləndirmək və şəffaflığı artırmaq məqsədi güdülür", - ifadəsi yer alıb.

©Marja