cahangir-haciyevle-elbir-olan-direktorun-mehkumlugu-goturuldu

Cahangir Hacıyevlə əlbir olan direktorun məhkumluğu götürüldü

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin keçmiş sədri Cahangir Hacıyevlə birgə təqsirləndirilmiş, bankın Nərimanov filialının sabiq rəhbəri Məmməd Cahangirov barəsində şərti məhkumetmənin ləğv edilməsi və məhkumluğun götürülməsi ilə bağlı məhkəməyə müraciət edib.

İnsider.az xəbər verir ki, Yasamal Rayon Məhkəməsi onun müraciətini təmin edərək, barəsində şərti məhkumetməni ləğv edib və M.Cahangirovun məhkumluğumum götürülməsi barədə qərar çıxarıb.

Qərardan narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Protest Bakı Apellyasiya Məhkəməsində araşdırılır.

Qeyd edək ki, C.Hacıyev 2015-ci il dekabrın 5-də həbs edilib. Sabiq bankirlə birgə bankın Nərimanov filialının direktoru işləmiş M.Cahangirov və digər şəxslər də mənimsəmədə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib. M.Cahangirovun barəsində isə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək ona şərti cəza verilib. 

Xatırladaq ki, C.Hacıyev və bir neçə şəxsin cinayət işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.