cahit-bagci-azerbaycanda-yasayan-turkiye-vetendaslarini-seckide-istiraka-cagirib

Cahit Bağçı Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarını seçkidə iştiraka çağırıb

Türkiyə səfiri Cahit Bağçı Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarını səsvermədə iştirak etməyə çağırıb.

O, mətbuat konfransında mayın 14-də Türkiyədə Prezident və parlament seçkilərinin keçiriləcəyini xatırladıb.

"Azərbaycanda 15 seçki məntəqəsi yaradılıb. Onlardan 9-u Bakıda olacaq. Mayın 9-dan etibarən vətəndaşlarımız Bakı, Naxçıvan və Gəncədə səs verə biləcəklər. Səsvermə prosesinin həyata keçirilməsi üçün bütün lazımi şərait yaradılıb. Vətəndaşlarımızı səsvermədə aktiv iştirak etməyə çağırırıq", - deyə diplomat bildirib.

Report