celilabadda-dagilan-mektebin-sagirdlerinin-son-veziyyeti-video

Cəlilabadda dağılan məktəbin şagirdlərinin son vəziyyəti - VİDEO

Cəlilabadın Musalı kəndində bir müddət öncə güclü yağışlar səbəbindən uçub-dağılan məktəb binasında tədris tamamilə dayandırılıb. Hazırda 169 şagirdi olan məktəbin yuxarı sinif şagirdlərinin qonşu Zəhmətabad tam orta məktəbində tədrisə cəlb olunması təmin olunub. Lakin yol uzaq olduğundan aşağı sinif şagirdləri üçün təhsil ev-məktəb formatında davam etdirilir. 

17 şagirddən ibarət bir üçüncü sinif və 15 şagirddən ibarət bir məktəbəhazırlıq sinfi növbəlilik əsasında ev şəraitində təhsilə davam edir. Dərs ilinin əsas hissəsini qəzalı və şəraitsiz binada keçirmiş məktəblilər bu ev-sinifə də müvəqqəti məskunlaşma kimi baxırlar. 

Məktəbin direktoru və həm də evinin qapılarını şagirdləri açan İsrail Quliyev bütün imkanları daxilində tədrisin davam etdirilməsinə çalışdıqlarını söyləyir. 

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Oxu.Az