cenubi-cin-denizinde-iki-olkenin-gemileri-toqqusub

Cənubi Çin dənizində iki ölkənin gəmiləri toqquşub

Cənubi Çin dənizinin mübahisəli hissəsində Çin və Filippin sahil mühafizəçiləri arasında qarşıdurma baş verib və nəticədə iki ölkənin gəmiləri toqquşub.

Manilada bildirib ki, iki Filippin gəmisi dəniz qüvvələrində xidmət edən hərbçiləri daşıyan iki mülki gəmini atollardan birinə müşayiət edib, Çin gəmiləri isə onların yollarını kəsməyə çalışıb.

“Əməliyyat zamanı Filippin Sahil Mühafizəsinin gəmiləri marşrutu bağlamağa cəhd edərək, Çin Sahil Mühafizəsi və Çin dəniz milislərinin təhlükəli manevrləri ilə qarşılaşmalı oldu. Onların ehtiyatsız və qanunsuz hərəkətləri toqquşmaya səbəb oldu”, - deyə Filippin Sahil Mühafizəsinin nümayəndəsi Cey Tarriela bildirib.

Qeyd olunub ki, “Sindangan” gəmisinə cüzi ziyan dəyib. Tarriela hadisənin harada baş verdiyini açıqlamayıb.

Oxu.Az