“Kontakt Home” Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən məhkəməyə verilməsi məsələsi ilə bağlı açıqlama yayıb. İnsider.az xəbər veriir ki, “Kontakt Home”un yaydığı məlumatda qeyd olunur ki, bir neçə gün öncə mətbuatda Kontakt Home şirkətinin Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi əsasında 1300 AZN məbləğində cərimələnməsi ilə bağlı məlumat yayılmışdır.
Nəzərinizə çatdırmaq istərdik ki, Yasamal Rayon Məhkəməsində verilən bu qərara Bakı Apellyasiya Məhkəməsində yenidən baxılmışdır və Bakı Apellyasiya Məhkəməsinin 26 iyul 2019-cu il tarixli qərarı ilə Yasamal Rayon Məhkəməsinin həmin qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Başqa sözlə, şirkətə hər hansı cərimə tətbiq olunmamışdır.