cerom-pauel-abs-in-toparlanmasi-2021-in-sonunadek-uzana-biler

Cerom Pauel: ABŞ-ın toparlanması 2021-in sonunadək uzana bilər

ABŞ Mərkəzi Bankının (Fed) sədri Cerom Pauel (Jerome Powell), Amerika iqtisadiyyatının toparlanmasının 2021-ci ilin sonuna qədər uzana biləcəyini söyləyib. O, koronavirusa peyvəndin tapılmasının iqtisadiyyatın yığışmasına kömək edəcəyini qeyd edib. 

İnsider.az xəbər verir ki, Pauel, "Məncə iqtisadiyyat bu ilin ikinci yarısı ərzində sabit bir şəkildə yığışacaq. İqtisadiyyatın tamamilə toparlanması üçün insanların tam güvənmələri lazımdır. Bunun üçün də peyvəndi  gözləmək gərəkə bilər", - deyib.

ABŞ-da virusun yayılmasının qarşısını almaq üçün iqtisadiyyatın bağlanması ilə 36 milyondan çox adam Fevral ayından bu yana işini itirib. Saysız şirkət, xüsusilə də kiçik olanlar iflasa doğru sürüklənirlər. Ştatlar və şəhərlər də artan büdcə kəsiri ilə qarşı-qarşıyadırlar. Bu da cəmiyyətdə böyük bir işdən çıxarma dalğasının yaşana biləcəyi mənasını verir.

Marja