Çex hökuməti respublikada koronavirus səbəbi ilə qüvvədə olan sosial məhdudiyyətlərin sərtləşdirilməsinə qərar verib.
Bu, ölkədə koronavirusa bağlı vəziyyətin pisləşməsi ilə əlaqələndirilir.
“Son günlərdə daha da pisləşən epidemiyaya reaksiya verməyə cavabdehik. Bizdə koronavirusun “Britaniya ştammı” yayılır. Daha yaxşı olardı ki, ölkə əhalisi evdə qalsın və sosial məsafəyə əməl eləsin”, - deyə ölkənin Daxili işlər naziri Yan Hamaçek bildirib.
Getdikcə pisləşən epidemiya şəraitində hotellərə və pansionatlara yalnız işgüzar səfərə gələn qonaqların yerləşməsi barədə göstəriş verilib. Həmin şəxslər iş gəzintilərinə ehtiyacları barədə rəhbərləri və ya digər məsul şəxslər tərəfindən təsdiqlənmiş sertifikatlar təqdim etməlidirlər. Bu sənədlər uzun müddət saxlanılmalıdır və səlahiyyətli orqanlar tərəfindən tələb oluna bilər.
Karantin tədbirlərinin daha da sərtləşdiriləcəyi istisna edilməyib.
Koronavirusun respublikanın müəyyən bölgələri arasında yayılmasının qarşısını almaq üçün vətəndaşların yaşayış yerlərindən müəyyən məsafədə uzaqlaşmalarının qadağan olunmasının mümkünlüyü nəzərdən keçirilir.
Qeyd edək ki, 10 milyondan çox əhalisi olan Çex Respublikasında 972 642 nəfərdə koronavirus qeydə alınıb, 16 072 xəstə virusdan ölüb.