Çexiya hökuməti rəsmi olaraq Rusiyadan 25.5 milyon avro dəyərində təzminat tələb edib.
Bu barədə Çexiya KİV-i məlumat yayıb.
Məlumata əsasən, Çexiya XİN başçısının müavini Martin Smolek Rusiyanın ölkədəki səfiri Aleksandr Zmeyevskiyə müvafiq nota təqdim edib.
Bildirilib ki, təzminat tələbi 2014-cü ildə ölkənin Vrbetise kəndi yaxınlığındakı silah-sursat anbarlarındakı partlayış səbəbindən irəli sürülüb.
Qeyd edək ki, Çexiya həmin partlayışda məhz Rusiyanı ittiham edərək, 88 rusiyalı diplomatı ölkədən xaric edib.