chanel-in-bas-direktoru-soyguna-meruz-qalib

"Chanel"in baş direktoru soyğuna məruz qalıb

"Chanel" şirkətinin baş direktoru Jak Mari Daniel Şenen soyğuna məruz qalıb.

İnsider.az xəbər verir ki, hadisə Moskvanın mərkəzində naməlum şəxs tərəfindən törədilib.

Rusiya DİN-in Moskva Baş İdarəsindən TASS-a bildiriblər ki, oğru Şenenin 103 900 rubl dəyərindəki "Apple iPhone" markalı telefonunu oğurladıqdan sonra "Apple Pay" tətbiqi vasitəsilə zərərçəkənin bank kartından 2 milyon rubldan çox vəsait çıxarıb.

Faktla bağlı cinayət işi başlanılıb.

©"Report"