charlie-hebdo-turkiyedeki-dehsetli-zelzeleni-mesxereye-qoydu

“Charlie Hebdo" Türkiyədəki dəhşətli zəlzələni məsxərəyə qoydu

Fransanın “Charlie Hebdo” jurnalı Türkiyənin 10 vilayətini yerlə-yeksan edən, minlərlə insanın həyatını itirdiyi zəlzələləri ələ salıb.

İnsider.az xəbər verir ki, Jurnalın dərc etdiyi karikaturada xaraba binalar çəkilib və üzərində “Tank göndərməyə ehtiyac yoxdur” yazılıb.

Episentri Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündə zəlzələlər Türkiyə və Suriyanın 10 şəhərində minlərlə insanın ölümünə səbəb olub. Türkiyə bütün qurumlarının və ictimaiyyətinin dəstəyi ilə zəlzələ üçün səfərbər olarkən dünyanın hər yerindən dəstək mesajları yağırdı. Daha əvvəl müsəlmanların inanclarını təhqir edən karikaturalar dərc edən Fransanın “Charlie Hebdo” jurnalı zəlzələni ələ salıb və “günün rəsmi” kimi təxribat xarakterli karikatura dərc edib. İnsanlıqdan, vicdandan uzaq olan rəsmdə xaraba binalar təsvir edilib və “Türkiyə zəlzələsi” ifadəsi yer alıb, şərh olaraq “Tank göndərməyə belə ehtiyac yoxdur” yazılıb. Təkəbbürlü karikatura jurnalın Twitter hesabında da yayımlanıb.