cim-rocers-bitkoinin-deyeri-sifir-olacaq

Cim Rocers: Bitkoinin dəyəri sıfır olacaq

Məşhur sərmayəçi Cim Rocers, bitkoində hələ bir "köpük" olduğunu, gec-tez dəyərinin sıfıra düşəcəyini və ortadan itəcəyini söyləyib. 

İnsider.az xəbər verir ki, Bitkoinin 2017-ci ilin əvvəlindəki kimi bir "köpük" içərisində olduğunu qeyd edən Rocers, bütün kriptovalyutaların gec-tez yox olacağını bildirib. 

Rocers, "Kriptovalyuta istifadə edənlər hökumətlərindən daha ağıllı olduqlarını düşünürlər. Əslində haqlı olduqlarını düşünürəm. Ancaq hökumətlər kriptovalyuta istifadə edən insanların sahib olmadığı bir şeyə sahibdirlər: silahlara. Kriptovalyutaların gec-tez yox olacağını düşünməmin səbəbi hökumətlərin gücünün silah gücünə söykənmədən yaranmasıdır" deyib.

Rocers, 2017-ci ilin dekabr ayındakı 20 min dollarlıq zirvədən əvvəl Bitcoinin "köpük kimi göründüyünü və iy verdiyini" söyləmişdi.

Rocers, "Kriptovalyutalar bir neçə il əvvəl yox idi. Göz açıb bağlayana qədər 100 qat, 1000 qat daha qiymətli hala gəldilər. Bu dəqiq bir şəkildə köpükdür və doğru qiyməti bilmirəm. Virtual pul bir sərmayə hədəfi deyil. Bu yalnız qumardır", deyib.

Marja