cin-abs-dan-kend-teserrufati-mehsullari-alisini-dayandirdi

Çin ABŞ-dan kənd təsərrüfatı məhsulları alışını dayandırdı

ABŞ Prezidenti Donald Trampın 1 Sentyabrdan etibarən Çin məhsullarına əlavə vergi tətbiq olunacağına dair ötən həftə açıqladığı qərarın ardından, Çin şirkətlərinin alışlar üçün gözləyib müzakirələrin gedişatını izləyəcəyi bildirilir. 

İnsider.az xəbər verir ki, keçən həftə ABŞ Prüzidenti Donald Trampın "əlavə vergi" qərarının ardından Çin hökuməti alıcı şirkətlərdən ABŞ-dan kənd təsərrüfatı məhsulları alışını təxirə salmalarını istəyib. 

Çin dövləti tərəfindən idarə olunan şirkətlərin gözləyərək ticarət danışıqlarının gedişatını izləyəcəklərini və Amerikan kənd təsərrüfatı məhsulları alışını dayandırdıqlarını bildiriblər.

Çin Ticarət Nazirliyi tərəfindən mövzu ilə bağlı bir açıqlama verilməyib.

Dünyanın ən böyük iki iqtisadiyyatı arasında ticarət danışıqlarının yenidən başlamasına baxmayaraq, ABŞ Prezidenti Donald Tramp 1 sentyabr tarixindən etibarən etibarlı olmaqla Çindən idxal edilən 300 milyard dollarlıq məhsula 10% əlavə vergi qoyulacağını açıqlamışdı. Çin tərəfindən müzakirəyə qatılan rəsmilərin bu qərarı heyrətlə qarşıladıqları və Pekinin ABŞ-ın əlavə gömrük təriflərində israr etməsi vəziyyətində cavab veriləcəyi bildirilmişdi.

©Marja