cin-abs-in-son-gomruk-tariflerine-cavab-vermeyeceyini-aciqladi

Çin, ABŞ-ın son gömrük tariflərinə cavab verməyəcəyini açıqladı

Çin Ticarət Nazirliyinin sözçüsü, ABŞ-ın keçən həftə açıqlanan əlavə gömrük tariflərinə cavab verməyəcəklərini vurğulayaraq, tarifləri ləğv etmək üçün danışıqları davam etdirməyin daha əhəmiyyətli olduğunu vurğulayıb.

Insider.az xəbər verir ki, Çin, ABŞ Prezidenti Donald Tramp tərəfindən keçən həftə açıqlanan gömrük vergilərinin artırılması qərarına dərhal cavab tədbirləri gprməyəcəyini bildirərək, "əlavə vergilərin ləğv edilməsini danışmaq daha önəmlidir" - bildirib.

Ticarət Nazirliyinin sözçüsü Gao Feng cümə axşamı günü jurnalistlərə etdiyi açıqlamada,"Çinin cavab tədbirləri görmək üçün çox imkanı var, lakin Çinə görə əhəmiyyətli olan əlavə gömrük rüsumlarını ləğv etmək üçün danışıqlar aparmaq və ticarət müharibəsini dərinləşdirməməkdir. Çin məsələyə dair ABŞ ilə razılaşacaq hüquqi zəmin axtarır" deyib.

Asiya ölkələrinin pul vahidləri, Çin Ticarət Nazirliyi sözçüsünün açıqlamasının ardından bahalaşıblar.

©Marja