Çin hökuməti, ölkənin texnologiya nəhənglərindən biri olan Alibaba-ya inhisarçı hərəkətlər etdiyi iddiası ilə cinayət işi açıb.
İnsider.az xəbər verir ki, aparılan istintaq e-ticarətdən lojistikaya və ictimai mediaya qədər bir çox sektoru əhatə edir.
Noyabr ayında açıqlanmış anti-inhisar qanunu layihəsi hökumətin Jack Ma kimi iş adamları üzərində tam nəzarət qurmasına səbəb ola biləcək qədər geniş əhatəli maddələr ehtiva edir.
Bir zamanlar iqtisadi inkişaf və ölkənin simvolu olan Alibaba və Tencent kimi şirkətlər, istifadəçi saylarını artırdıqca və gündəlik həyata böyük nisbətdə təsir edə biləcək bir mövqeyə gəlincə, hökumətin artan təzyiqilə qarşı-qarşıya qalıblar.
Alibaba-nın qurucusu Jack Ma keçən ay Ant-ın səhmlərinin satışını ləğv olmasından sonra heç bir şəkildə xalqın önünə çıxmamış, dekabr ayında da hökumət tərəfindən ölkəni tərk etməməsi barədə xəbərdar edilmişdir.
Dekabr ayının əvvəlində Çin, Alibaba və Tencent-i anti-inhisar qaydalarını pozduqlarına görə 500 min yuan (76.500 dollar) cərimələmişdi.