cin-g7-ile-munasibetlere-yeniden-baxa-biler

Çin G7 ilə münasibətlərə yenidən baxa bilər

Çin Tayvanla bağlı mövqeyinə görə, G7 ilə münasibətlərə yenidən baxa bilər.

G7 ölkələri Tayvanla bağlı "səhv" mövqeyini dəyişməsələr, Çin onlarla dialoqa yanaşmalarına yenidən baxacaq. Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çunyin məlumat verib. Çin həmçinin G7 ölkələrinin adadakı bəyanatı ilə əlaqədar Çin və Yaponiyanın xarici işlər orqanları rəhbərlərinin Pnompendə planlaşdırılan görüşünü də ləğv edib.

"Əgər onlar (G7 ölkələri*) Tayvan məsələsində öz səhv mövqelərini dəyişməsələr, o zaman biz (onlarla") dialoqa yenidən baxmalı olacağıq", - bunu, diplomat brifinqdə bildirib.

Avqustun 3-də G7 ölkələri Çini Tayvan məsələsini sülh yolu ilə həll etməyə çağırıb və Pekinin ada ətrafındakı sularda keçirdiyi hərbi təlimlərdən narahatlığını bildirib.

Xatırladaq ki, avqustun 2-də Çinin xəbərdarlığının əksinə olaraq ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Tayvana səfər edib. ÇXR sədri Si Tszinping ABŞ tərəfini Tayvan məsələsində odla oynamamağa çağırıb.

Mənbə: Kommersant.ru