Gürcüstan vətəndaşları Çində 30 gün ardıcıl vizasız qala biləcəklər.
Bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
"Çin Xalq Respublikası Gürcüstan vətəndaşları üçün vizasız rejim tətbiq etmək qərarına gəlib. Gürcüstan vətəndaşları Çində fasiləsiz olaraq 30 gün qala biləcəklər. Bu, həmvətənlərimizin işini asanlaşdıracaq mühüm qərardır. Belə ki, bu qərar Çinə səyahət və Gürcüstanla Çin arasında siyasi, iqtisadi və mədəni əlaqələrin daha da inkişafı baxımından yeni imkanlar yaradacaq”, - Kobaxidze hökumətin iclasında bildirib.
Baş nazir qeyd edib ki, Çin hakimiyyətinin qərarı iki ölkə arasında 2023-cü ildə imzalanmış strateji tərəfdaşlıq sazişinin daha bir əməli nəticəsidir.
2023-cü ilin iyul ayının sonunda Gürcüstan və Çin ikitərəfli strateji tərəfdaşlıq qurduqlarını elan ediblər. 2023-cü ilin sentyabrında Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili 30 gün ərzində turistik məqsədlə Gürcüstanda qala bilən Çin Xalq Respublikasının vətəndaşları üçün viza rejiminin ləğvi barədə qərar qəbul edib.
Marja