Çin Xalq Bankı (ölkənin Mərkəzi Bankıdır) avqustun 5-də baş verən devalvasiyadan sonra yuanı dollar qarşısında daha da ucuzlaşdırıb.
İnsider.az xəbər verir ki, bankın qərarı ilə yuanın ABŞ dolları qarşısında məzənnəsini daha 0,47% azaldıb. Qeyd edək ki, avqustun 5-dəki qərardan sonra 1 ABŞ dollarının məzənnəsi 6,9 yuandan 7,05 yuana yüksəlib.
Çinin avqustun bu qərarı ABŞ-ı narazı salmışdı, rəsmi Vaşinqton Çini yuanı süni ucuzlaşdırmaqda və məzənnəni manipulyasiya etməkdə ittiham etmişdi. Cavabında Çin yunaı bir qədər də ucuzlaşdırıb.
©FED.az