Çin qarşıdakı iki il ərzində koronavirus (COVID-19) pandemiyasından əziyyət çəkmiş inkişaf etməkdə olan ölkələrə 2 milyard ABŞ dolları yardım ayıracaq.
İnsider.az xəbər verir ki, bunu Dünya Səhiyyə Assambleyasının 73-cü illik iclasının açlışında Çin sədri Si Cinpin bildirib.
“COVID-19-a qarşı beynəlxalq əməkdaşlığı stimullaşdırmaq üçün Çin yaxın iki il ərzində koronavirusdan əziyyət çəkmiş inkişaf etməkdə olan ölkələrin sosial-iqtisadi inkişafına yardım etmək üçün 2 milyard ABŞ dolları yardım edəcək”, - deyə o bildirib.
Si Cinpin vurğulayıb ki, Çin hər zaman açıqlıq, şəffaflıq və məsuliyyət prinsiplərinə əməl edərək epidemioloji vəziyyət barədə ÜST və digər ölkələrə vaxtında məlumat verməklə virus genlərinin ardıcıllığını dərc edib.
Report