cin-iqtisadiyyatinda-guclu-artim

Çin iqtisadiyyatında güclü artım

Çin iqtisadiyyatı ilin ilk üç aylıq dövründə, təşviq tədbirlərinin təsirini göstərməsilə güclü artımını davam etdirib. 

İnsider.az xəbər verir ki, Çində ümumi daxili məhsul (ÜDM) ilk rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 6.4% artıb. İqtisadçıların təxminlərinə görə, iqtisadiyyatın 6.3% böyüməsi gözlənilirdi. Çin iqtisadiyyatı əvvəlki rübdə də 6.4% artmışdır.

Həmçinin, Mart ayında, zavod istehsalı keçən ilin eyni ayı ilə müqayisədə 8.5% artaraq 5.6% olan artım proqnozunu üstələyib. Pərakəndə satışlar 8.7%, sərmayələr isə 6.3%-lik bir artım reallaşdırıb. Pərakəndə satışların 8.4% artması gözlənilirdi.

İqtisadi artıma yönəlmiş siyasətlər, sərmayəçiləri narahat edən və qlobal inkişafa mənfi təsir edən yavaşlamanı dayandırmağa kömək edib. Gözləniləndən daha güclü performans, əlavə təşviqin lazım olub - olmayacağına ya da mərkəzi bankın və maliyyə nazirliyinin artıq dəstəyini azaldıb-azaltmayacağına dair müzakirələri artırıb.