cin-mecburi-ehtiyat-normasini-asagi-saldi

Çin məcburi ehtiyat normasını aşağı saldı

Çin Mərkəzi Bankı (PBOC) banklarda yerləşdirilən depozitlərə tətbiq edilən məcburi ehtiyat normasını  0.5 - 1 bənd aşağı salıb. 

İnsider.az xəbər verir ki, normanın azaldılması ilə 79 milyard dollar məbləğində vəsait bank sisteminə daxil olacaq.

Mərkəzi banklar koronavirus epidemiyasının iqtisadiyyata təsirini azaltmaq üçün addımlar atırlar. PBOC-ın qərarı dünyanın ən böyük 2-ci iqtisadiyyatını ikvidlik ilə təmin etməyə kömək ola bilər.

Məcburi ehtiyatlar - əmanət qəbul edən bankların bu əmanətlərə əvəz olaraq Mərkəzi Bankda saxlamaq məcburiyyətində olduqları əmanətlərin nisbətidir və bu nisbət Mərkəz Bank tərəfindən müəyyən edilir. Məcburi ehtiyatlar qaldırıldıqda bank sisteminin kredit vermək qabiliyyəti məhdudlaşır və beləliklə iqtisadiyyatda pul kütləsinin həcmi azalır. Mərkəzi Bank məcburi ehtiyatları azaltdıqda isə bunun əksi baş verir. Məsələn, bir fərd kommersiya bankına 1000 manat məbləğində əmanət qoyur və məcburi ehtiyat norması 1%-dir. Bu halda kommersiya bankı cəlb etdiyi məbləğin 1%-ni, yəni 10 manatını Mərkəzi Bankda saxlamalıdır. Nəticədə kommersiya bankı cəlb etdiyi 1000 manatlıq əmanətin hamısını deyil, 990 manatını kredit resursu kimi istifadə edə bilər. Mərkəzi Bank məcburi ehtiyat normasını 1%-dən 2%-ə qaldırdığı təqdirdə isə kommersiya bankı cəlb etdiyi 1000 manatlıq əmanətin yalnız 980 manatını kredit kimi verə biləcəkdir.

Marja