Çin Mərkəzi Bankına (PBOC) yaxın mənbələr, PBOC-in dolların 7 yuan səviyyəsini aşmasına icazə verməyəcəyini bildiriblər.
İnsider.az xəbər verir ki, yaxın zamanda dollar/yuan məzənnəsinin mühüm hesab edilən 7 səviyyəsini aşacağı gözlənilir. Mərkəzi Bankın rəsmiləri dollar/yuanın 7 səviyyəsini keçməməsi üçün məzənnəyə müdaxilə və pul siyasəti vasitələrindən istifadə edəcəklərini bildiriblər.
Mənbələrdən biri, "məzənnənin 7-in aşılması Çinə faydalıdır çünki ABŞ-ın gömrük vergilərinin təsirlərini azalda bilər. Ancaq yuana güvənə mənfi təsir edər" deyib.
Yuan cümə günü dekabrdan bəri ən aşağı səviyyəsinə geriləyib və sonuncu dəfə 2008-ci ilin maliyyə böhranında yaxınlaşılan 7 səviyyəsinə yaxındır.
©Marja