cin-nato-nun-genislenmesine-qarsidir

Çin NATO-nun genişlənməsinə qarşıdır

Çin hesab edir ki, NATO-nun genişlənməsi qlobal təhlükəsizlik və sabitliyə kömək etmir.

Bu barədə Çinin Avropa İttifaqındakı nümayəndəliyinin rəsmi saytında dərc edilmiş bəyanatında qeyd edilir:

“Soyuq müharibənin başa çatmasından 30 il sonra NATO öz coğrafiyasını və əməliyyat dairəsini, blok siyasətini və ümumilikdə qarşıdurmanı genişləndirməyə davam edir. Bu, qlobal təhlükəsizlik və sabitliyə kömək etmir”.

Çin tərəfi vurğulayır ki, regional təhlükəsizliyi hərbi blokları gücləndirməklə və ya genişləndirməklə təmin etmək olmaz.

“Biz NATO-nu soyuq müharibə zehniyyətindən və ideoloji qərəzdən əl çəkməyə, digər ölkələrin suverenliyi, təhlükəsizliyi, maraqları, həmçinin sivilizasiya, tarix və mədəniyyətinin müxtəlifliyinə hörmət etməyə çağırırıq”, -  deyə mətndə bildirilir.

Bundan əvvəl beynəlxalq münasibətlərə dair birgə bəyanatda Moskva və Pekin NATO-nun daha da genişlənməsinə qarşı çıxıb və alyansı soyuq müharibə dövrünün yanaşmalarından əl çəkməyə çağırıb.

Oxu.Az