cin-orta-biznes-istehsali-rusiyaya-kocurmek-haqda-dusunmeye-baslayib

Çin orta biznes istehsalı Rusiyaya köçürmək haqda düşünməyə başlayıb

Çinin kiçik və orta müəssisələri ABŞ-la olan ticarət müharibəsinin təzyiqi altında istehsalın Rusiya köçürülməsi haqda düşünür.

İnsider.az xəbər verir ki, bunu Çinin Xaricdəki Müəssisələrin İnkişafı Assosiasiyasının baş katibi He Çjenvey deyib.

O, qeyd edib ki, Rusiya və Çinin ikitərəfli ticarət dövriyyəsi iri şirkətlərin payına düşsə də, ABŞ-la ticarət ilk növbədə kiçik və orta müəssisələrə əsaslanır.

“Lakin hazırda bir çox ixracatçı kiçik və orta müəssisələr çətinliklərlə qarşılaşıb. ABŞ artıq rüsumları 10%-dən 25%-ə kimi artırıb. Həmin şirkətlər qiymətləri 25% həddində o halda artıra bilərlər ki, ABŞ istehlakçıları daha artıq ödəməyə razılıq versinlər, bu da inandırıcı görünmür”,-o deyib.

Onun sözlərinə görə bu cür vəziyyətdə şirkətlər mövcudluğlarını saxlamalıdırlar.

“Biz Rusiyaya necə gedəcəyimiz haqda düşünməliyik. İstehsalatı Rusiyaya köçürə bilərik və malları ordan həmçinin ABŞ, hətta Avropaya da sata bilərik”,- He Çjenvey hesab edir.

©Finans