cin-sedrinden-yuan-aciqlamasi

Çin sədrindən Yuan açıqlaması

Xi: Çin, Yuanı digərlərinə zərər verəcək şəkildə ucuzlaşdırmağa çalışmayacaq.

İnsider.az xəbər verir ki, Çin Xalq Respublikasının Sədri Xi Jinping (Si Cinpin) Pekində 2-ci “Bir kəmər, bir yol” Forumunda çıxışında ölkəsinin Yuanı ağlabatan və balanslı bir səviyyədə saxlayacağını söyləyib.

Xi, Çinin, Yuanın digərlərinə zərər verəcək şəkildə dəyər itirməsinə çalışmayacağını deyib.

 Xi, Çinin yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları idxalını artırmağa maraqlı olduğunu vurğulayıb.

Çinin əmtəə və xidmət idxalını artıracağını deyən Xi, ölkəsinin "şüurlu bir şəkildə" xarici ticarət artığı (profisiti) verməyə çalışmayacağını dilə gətirib.

Xi, xarici müəssisələrə daha çox sektorda hakim, ya da tam səhmdar olmaq imkanı verəcəyini də söyləyib.