Çinin Honkonq xüsusi inzibati bölgəsində qeydiyyatda olan “Mengniu Dairy” şirkəti Avstraliyanın körpə uşaqlar üçün orqanik yeməklər istehsal edən “Bellamy's” firmasının aksiyalarının 59 faizini 980 milyon ABŞ dollarına alır.
Avstraliyanın İnvestisiya Nəzarəti Bürosu sövdələşmənin ölkənin iqtisadi maraqlarına qarşı olmadığna dair qərar verib. Bununla yanaşı, şirkətin baş ofisinin ən azı 10 il Avstraliyada qalması, habelə idarə heyəti üzvlərinin əsas hissəsinin Avstraliya vətəndaşları olması şərt kimi irəli sürülüb.
Pay hesabı ilə Avstraliyanın uşaq yeməkləri bazarında 4-cü olan “Bellamy's”in səhmdarları gələn ay sövdələşməyə dair yekun qərar qəbul edəcək. Şirkətin baş icraçısı Endryü Kohen bildirib ki, Çində süd məhsulları istehsalında öndə gələn kampaniyalardan biri olan “Mengniu” ilə əldə olunan sövdələşmə “Bellamy's”in Çin bazarındakı biznesinə də uğur gətirəcək.
© Azərtac