Çinin iri neft şirkətləri - CNPC və Sinopec may ayından etibarən İran neftini almaqdan imtina ediblər.
İnsider.az xəbər verir ki, Çinin gömrük hesabatları göstərir ki, bu şirkətlərin İrandan neft alması dayandırılıb.
Qeyd edək ki, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalara əsasən, 2018-ci ilin noyabrından İnandan neft almaq qadağan edilib.
Amma 8 ölkəyə may ayınadək İranan neft almağa icazə verilmişdi.
Çin bu qadağaya əməl etməyəcəyini bildirsə də, indi məlum olur ki, ölkənin aparıci şirətləri sanksiyalardan çəkinərək neft almağı dayandırıblar.
Qeyd edək ki, Çin – İran neftinin ən böyük alıcısıdır – 2019-un ilk rübündə Çin İrandan gündəlik 475 min barel neft alıb.
©Marja