Çin Ticarət Nazirliyi, ABŞ-ın Çin mallarına elan etdiyi son gömrük vergisinin ardından, Çin şirkətlərinin ABŞ-dan kənd təsərrüfatı məhsulları alışını müvəqqəti dayandırıldığını açıqlayıb.
İnsider.az xəbər verir ki, Nazirlikdən verilən yazılı açıqlamada, ABŞ-ın 300 milyard dollar məbləğindəki Çin mallarına 10% əlavə vergi tətbiq etməsilə, Çin Dövlət Başçısı Şi Cinping və ABŞ Prezidenti Donald Trampın Yaponiyanın Osaka şəhərində təşkil edilən G-20 Liderlər Zirvəsində təmin etdiyi razılaşmanın ciddi şəkildə pozduğu qeyd edilib.
Çinin ABŞ-dan idxal etdiyi kənd təsərrüfatı məhsullarının böyük əksəriyyətini soya paxlası, pambıq, buğda, noxud və donuz əti məhsulları təşkil edir.
©Marja