Çin başda "Tesla" olmaqla idxal etdiyi bəzi avtomobil markalarını dekabr ayında həyata keçirməyə başlayacağı 10%-lik əlavə tarifdən azad edib.
İnsider.az xəbər verir ki, Çin, dekabr ayından etibarən ABŞ-dan idxal olunacaq avtomobillərə tətbiq etdiyi əlavə vergi tarifindən "Tesla" azad etdiyini açıqlayıb. Qərar, "Tesla"nın İdarə Heyətinin sədri Elon Musk-ın da iştirak etdiyi Şanxayda Dünya Süni Zəka Konfransı zamanı açıqlanıb.
Çin, "Tesla"nın Model S, 3 və X modellərinin 16 versiyasını "yeni enerji" avtomobilləri siyahısına daxil edərək vergidən azad edib. "Marja" xəbər verir ki, Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyindən dünən verilən açıqlamada elektrikli və bəzi hibrid vasitələr 10%-lik əlavə vergi tarifindən azad ediliblər. Siyahıda "Mercedes", "General Motors", "Volkswagen", "Toyota" və "Hyundai" kimi digər beynəlxalq avtomobil istehsalçılarının da bəzi modelləri yer alır.
"Financial Tayms"da yer alan xəbərə görə, idxal edilən "Tesla" avtomobillərinin Çindəki satış qiyməti tariflərdən əvvəl yüksəlməyə başlayıb. Xəbərdə ABŞ ilə Çin arasında baş verən tarif probleminin "Tesla"nın satışlarına zərər verdiyi vurğulanaraq, "Şirkət avtomobillərini Çində istehsal edərək bu vergilərin təsirini minimuma endirməyi ümid edir. Bu ilin sonuna qədər şirkət Çindəki kütləvi bazar üçün Model 3-ü istehsal etməyə başlamağı planlaşdırır",- bildirilir.
©Marja