cin-trampa-meydan-oxudu

Çin Trampa meydan oxudu

ABŞ bu addımın ardından Honq Konqun artıq muxtar respublika olmadığını bildirir.

Çin Parlamenti (Milli Xalq Konqresi), ABŞ Prezidenti Donald Trampın Honq Konqdakı konstitusional hüquq və azadlıqlara təhlükə yarandığı halda güclü bir cavab veriləcəyini söylədiyi Genişlədilmiş Milli Təhlükəsizlik Qanun layihəsini Trampa meydan oxuyaraq qəbul edib.

Çinli rəsmilər konstitusiyanın ləğv edilməsi, ayrı-seçkilik, terrorizm və xarici müdaxiləni əhatə edən qanunun detallarını aylarla açıqlamaya bilərlər.

Qanunun qəbul olunmasının ardından Trampın rəhbərlik etdiyi hökumət tərəfindən Çin rəsmilərinə bəzi sanksiyaların tətbiq ediləcəyi gözlənilir.

Milli Təhlükəsizlik Qanunu

Milli Təhlükəsizlik Qanunu, Çin mərkəzi hökumətini yıxmaq, üsyana təşviq, vətənə xəyanət, terror ilə milli təhlükəsizliyi təhlükəyə atan hərəkət və fəaliyyətlərin qadağan edilməsini ehtiva edir. Honq Konq yerli məclisinin təsdiqi lazım olmadan qanun qüvvəyə minəcək.

Honq Konqdakı müxaliflər və Qərb ölkələri Milli Təhlükəsizlik Qanununa qarşı çıxırlar.

Marja