cin-ve-abs-arasinda-ticaret-dovriyyesi-keskin-artib

Çin və ABŞ arasında ticarət dövriyyəsi kəskin artıb

2021-ci ildə Çin və ABŞ arasında ticarət dövriyyəsi 28,7% artaraq 755,64 milyard dollar təşkil edib.

Bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin Statistik Təhlil İdarəsinin məlumatında bildirilir.

Açıqlanan məlumatlara görə, Çinin ABŞ-a ixracı 27,5% artaraq 576,11 milyard dollara, Amerika məhsullarının idxalı isə 32,7% artaraq 179,53 milyard dollara çatıb.

Çinin ABŞ ilə 12 aylıq ticarət profisiti 2020-ci illə müqayisədə 25,14% artaraq 396,58 milyard dollar təşkil edib.

Dekabrda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi noyabr ayı ilə müqayisədə təxminən 1,3% artaraq 73,49 milyard dollar təşkil edib.

2019-cu ildə Çin-ABŞ ticarəti 14,6% azalaraq 541,2 milyard dollara düşmüşdü. 2020-ci ildə iki ölkə arasında ticarətin həcmi 8,3% artımla 586,72 milyard dollar, Pekinin müsbət saldosu isə 7% artaraq 316,9 milyard dollar təşkil edib.

Marja