cin-xalq-banki-lpr-in-baza-derecesini-asagi-salib

Çin Xalq Bankı LPR-in baza dərəcəsini aşağı salıb

Çin Xalq Bankı (Mərkəzi Bank) ötən aydan yeni kreditvermə meyarı olan birinci dərəcəli borcalanlar (LPR, loan prime rate) üçün kreditin baza dərəcəsini aşağı salıb.

İnsider.az xəbər verir ki, bunu cümə günü tənzimləyicinin saytında yerləşdirilən məlumatlar təsdiqləyir.

Cümə günü yeni illik LPR 4,20% səviyyəsində müəyyən edilib ki, bu da əvvəlki göstəricidən (4,25%) 5 faiz bəndi aşağıdır.

Eyni zamanda, yeni beşillik LPR avqust səviyyəsində - 4,85% olaraq qalıb.

Qeyd edək ki, Çin Xalq Bankı avqustun sonlarında şirkətlər üçün borc xərclərinin azaldılmasına yardım etmək və ABŞ ilə ticarət müharibəsi səbəbindən artımı yavaşlayan iqtisadiyyatını dəstəkləmək üçün əsas faiz darəcəsində islahatlar olacağını elan edib.

©"Report"