Çinin Xalq bankı avqustun 27-i yuanın kursunu 240 bəndə - bir dollara 7,0810 yuanadək endirib. İnsider.az bu barədə “Korrespondent”-ə istinadən bildirir.
Tənzimləyicinin statistikasına əsasən, bu, 2008-ci il martın 18-dən bəri ən minimal göstəricidir.
“CITIC Securities”-in aparıcı analitiki Min Minin fikrincə, yuan kursu çin iqtisadiyyatının ixracından birbaşa asılılğını qorumaqda davam edir.
“Yuanın kursunun təhlili zamanı əsas nizamnamələrə qayıtmaq zəruridir. Bu ilin ilk yeddi ayı ərzində o, nisbətən stabil idi, iyulda ixracat dinamikası bir qədər proqnozları üstələdi. Bu səbəbdən ixracat səviyyəsi stabil olaraq qalmaqda davam etsə, yuanın kursu da sabitləşəcək. Risklər kiçikdir”, - deyə “İtsay” portalı onun sözlərini sitat gətirir.