Cinayət Məcəlləsinə 200-ə yaxın dəyişiklik təklif olunur. Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən onlayn iclasında müzakirə edilib.
İnsider.az xəbər verir ki, layihədə 35 cinayətin dekriminallaşdırılması nəzərdə tutulur. Həmçinin 10 cinayət əməli Cinayət Məcəlləsindən çıxarılır, 25 cinayət əməlinə görə məsuliyyət yaradan hədd artırılır.
Üç cinayətə görə zərərçəkmiş şəxslə barışma və ziyanın ödənilməsi şərtilə cinayət məsuliyyətindən azadetmə müəyyən olunur.
30 cinayətə görə sanksiyalara azadlıqdan məhrumetməyə alternativ cəzalar - cərimə, islah işləri və azadlığın məhdudlaşdırılması daxil edilir. 60 cinayətə görə cərimə və ya azadlıqdan məhrumetmə cəzasının yüngülləşdirilməsi nəzərdə tutulur.