cinayetkarlardan-evvel-hebsxanada-konulluler-ceza-cekecek

Cinayətkarlardan əvvəl həbsxanada könüllülər “cəza çəkəcək”

İsveçrədə yeni inşa edilən “Zurich West” həbsxanasındakı şəraiti sınaqdan keçirmək üçün könüllülərin köməyindən istifadə olunacaq.

Qeyd olunur ki, Sürix kantonunda yerləşən həbsxananın məhbusları saxlanılma şəraitindən şikayət edib və hökumət buna reaksiya verərək onlar üçün yeni həbsxana tikdirib.

Cinayətkarları məyus etməmək üçün hökumət “Zurich West” həbsxanasındakı şəraiti sınaqdan keçirmək üçün könüllülərə müraciət edib.

Belə ki, bir neçə gün yeni inşa edilən həbsxanada qalacaq könüllülər oradan çıxandan sonra həbsxanadakı təəssüratlarını ictimaiyyətlə bölüşəcəklər.

Oxu.Az