Çinin Çanşa şəhərində yerləşən “China Telecom” şirkətinin binası yanıb.
İnsider.az xarici mətbuata istinadən xəbər verir ki, yanğın zamanı binada çoxsayda insan olub.
Yanğın yerli vaxtla saat 15:30-da (Bakı vaxtı ilə 10:30) başlayıb. Alov göydələnin fasadına yayılaraq on mərtəbədən çoxunu bürüyüb.
Hündürlüyü 218 metr olan bina 20 dəqiqə ərzində tamamilə yanıb.
Yanğının söndürülməsi üçün hadisə yerinə 300 yanğınsöndürən və 40-a yaxın texnika gəlib. Hazırda qurbanların sayı məlum deyil.
Verilən məlumata görə, binada serverlər üçün 35 ton yanacaq saxlanılırdı, bu səbəbdən qurbanların sayı bir neçə yüz nəfər ola bilər.