cinde-dunyanin-en-uzun-deniz-demir-yolu-avtomobil-korpusu-insa-edilib

Çində dünyanın ən uzun dəniz dəmir yolu-avtomobil körpüsü inşa edilib

Çin həm avtomobil, həm də dəmir yolu üçün nəzərdə tutulan dünyanın ən uzun boğazdan keçən körpüsünün inşasını başa çatdırıb.

İnsider.az  xəbər verir ki, çərşənbə günü səhər saatlarında inşaatçılar bu irimiqyaslı qurğunun konstruksiyasına 473 ton ağırlığında olan son tiri quraşdırıblar.

Qeyd edək ki, Fuçjou şəhərini (Futszyan vilayəti) ilə adadakı Pintan mahalını birləşdirən ikiyaruslu körpünün ümumi uzunluğu 16,3 km təşkil edir. Üst yarusda nəqliyyat vasitələrinin 100 km/saata qədər sürətlə hərəkət etməsi üçün nəzərdə tutulmuş altızolaqlı yol olacaq. Aşağı yarus isə dəmir yolu nəqliyyatı üçün nəzərdə tutulub, orada icazə verilən sürət həddi 200 km/saat olacaq.

Körpünün inşasına 2013-cü ilin noyabrında başlanılıb və ümumi sərmayə isə 10,9 milyard yuan (təxminən 1,5 milyard dollar) civarında qiymətləndirilir. Körpünün istismara verilməsi 2020-ci ilin birinci yarısına planlaşdırılıb.

©Report