Çin alimləri zədələnmiş diş emalını bərpa etməyə imkan verən kalsium fosfatın xırda zərrəcikləri əsasında xüsusi gel hazırlayıblar.
İnsider.az xəbər verir ki, tədqiqatın təsviri olan məqalə “Science Advances” elmi jurnalında dərc olunub.
Alimlər öz gelini zədələnmiş insan diş nümunələrində uğurla test ediblər. Mikrostrukturun tədqiqatı göstərib ki, alınmış emal hətta təbii olandan da bir qədər bərk olub.
Hazırda alimlər öz tədqiqatını siçanlar üzərində test edir və bir müddət sonra insanlar üzərində də də test etməyə ümid edirlər. Geli stomatoloji təcrübədə tətbiq edənədək onun tərkibində olan maddələrin insan ağız boşluğu şəraitində özünü necə apardığını və orqanizm üçün təhükəli olub-olmadığını əsaslı surətdə yoxlamaq lazımdır.
Samirə Məmmədova